EN

İran-İsrail münaqişəsi alovlanacaqmı? – HƏRBİ EKSPERT

Hərbi ekspert Ramiz Şərifov İran-İsrail münaqişəsini analiz etdi.

Tribunainfo.az-a açıqlama verən ekspert bildirib ki, İran İslam Respublikasının apardığı siyasət yaxud nə demək istədiyini bir çox ekspertlər olsun, dövlət başçıları olsun indiyədək baş açmayıblar. İran İslam Respublikası adlanır ancaq həmişə xristianların yanında olur. Gah bizə deyir raket atacağam, gah deyir İsraili vurub dağıdacağam. Onun İsraillə münaqişəsi əsasən Suriya ərazisində olan hündürlüklərdə, Livanın ərazisində, tanınmayan Fələstinin ərazilərində hər yerdə İrana bağlı dəstlər var.

Ekspertin sözlərinə görə, İran guya bu ölkələri İsrailə görə dəstəkləyir. İsrail dövləti 44 günlük müharibədə biz gördük ki, bizimlə yaxşı münasibətləri var. İsrail dövləti həmişə dediyini edir. İndiyə qədər İran ərazisində olan hərbi obyektlərin, nüvə silahları icad etmək istədiyi bazaların vurulmamasının səbəbi onun ABŞ tərəfindən dayandırılmasıdır. Münaqişənin böyüməyini istəməyiblər.

“Yoxsa bu münaqişə çoxdan həll olmuşdu. İraq ərazisində olan nüvə obyektləri İsrail tərəfindən bir gecədə demək olar ki, 70 faizini vurub məhv etdi. Heç müharibə də olmadı. İsrail ilə İranın söz atışması İranın öz dövlətində olan adamlara mövqeyini göstərmək üçündür.
İsrailə ilə İran arasında müharibənin olması, Rusiyanın və Amerikanın müharibəyə daxil olması inandırıcı deyil. İran heç vaxt İsraillə birbaşa müharibəyə getməyəcək. Çünki ərazisi, sərhədi yoxdur. 5-ci nəsil uçan təyyarələri yoxdur. Ancaq atdığı raketlərdir. Amma İsrailin 5-ci, 6-cı nəsil hərbi hava qüvvələri var. F-22-ləri var. İsrail döyük texnikası cəhətdən İrandan qat-qat üstündür. Amma bu bölgədə müharibə ocağının olması da Rusiyanın xeyrinə işləyər. Çünki Amerika, Avropanın bir hissəsi başı qarışacaq bura və nəticədə Ukrayna yardımları gecikəcək. 50 ildən çoxdur ki, o bölgələrdə müharibə gedirdi. Dünya müharibəsi qopmayacaq”.

 

Dəniz Pənahova

Chosen
46
tribunainfo.az

1Sources