“Baydenin uğursuz idarəçiliyi Harrisin məğlubiyyətinin əsas səbəbidir”.
“AzPolitika” xəbər verir ki, bunu təhlilçi Şahin Cəfərli ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələrini şərh edərkən deyib.
“Xalq mövcud administrasiyanın təmsilçisi və davamçısını yenidən seçmək istəmədi”, - o əlavə edib.
Ş.Cəfərli vurğulayıb ki, Harris bir TV proqramında "Sizin Baydendən fərqiniz nə olacaq" sualına cavab verə bilməmişdi.
Ekspert qeyd edib ki, Bayden namizədliyini geri götürdükdən sonra partiya içərisində yeni namizəd seçimi ilə bağlı rəqabətə imkan vermədi. “Pelosi və Obama kimi təcrübəli siyasətçilər bunun yanlış olduğunu söyləmişdilər, amma nəticədə Harrisi dəstəkləməyə məcbur qaldılar”, - Şahin Cəfərli bildirib.
“AzPolitika.info”