EN

Sahibsiz gəmilər, köməksiz vəziyyətdə ölən insanlar və mifik varlıqlar – Okeanlarda yoxa çıxan gəmilərin müəmmalı hekayəsi 

Dəniz mifləri barədə xeyli rəvayətlər mövcuddur bu haqda yü illərdir  əfsanələr dolaşır. Qədim dövrlərdən bəri insanlar gəmilərin yoxa çıxmasını  mifləşdirib və gözəgörünməz varlıqların gəmilərə hücum etdiyi ideyasını ortaya atıblar. Əksəriyyət isə gəmilərin yoxa çıxmasında sualtı canavarları “günahkar” hesab ediblər. 

Qədim və erkən orta əsrlərdə tez-tez gəmilərin yoxa çıxması halları baş verib. Bu da, gəmilər haqqında əfsanələrin yaranmasına səbəb oluub. Orta əsrlərdə  nisbətən az sayda gəmilərin dizaynı onların  uzun müddət ekipajsız suda qalmasına imkan vermirdi.  Çiliot hindularının boğulanları toplayan kabus gəmisi, “Kaleuşe” və ölülərin dırnaqlarından  hazırlanan nəhəng uzunsov  “Naglfar” gəmisi haqqında əfsanələr dolaşır. Bu rəvayətlər  dənizçi nağıllardan çox , ənənəvi mifologiyaya bənzəyir.

What

Ölənlərin gəmiləri haqqında ilk  real məlumat 14-cü əsrə aiddir. Avropa əhalisinin üçdə birini əhatə edən vəba epidemiyası limanlara girən gəmilərin ekipajlarına da qənim kəsilmişdi.  Gigiyena qaydalarına əməl olunmayan gəmilərdəki insanlar vəba xəstəliyinə yoluxur və tələf olurdular. Elə gəmilər var idi iki, bir neçə gün ərzində bütün heyət məhv ölürdü. Göyərtələr meyidlərlə dolu idi və qarşıdakı gəmilərdəki insanlar nəyin baş verdiyini anlaya bilmirdilər. Anlayanda isə gec olurdu. Onlar da sağalmaz xəstəliyə yoluxurdular. Bəzən uzaq səfərə çıxan gəmidə bir neçə gün ərzində kütləvi qırğın baş verirdi və gəmidəkilərin hamısı bir daha geri qayıtmırdılar. Bunu bəzən mifoloji varlıqların insanlara hücumu ilə də əlaqələndirirdilər. Hətta “Uçan Holland” adlı gəminin yoxa çıxması haqqında uydurulan rəvayətlər də, miflərlə əlaqələndirilir.

The

Klassik versiyalarda bu əfsanə daha romantik görünür. 1641-ci ildə kapitan Filip Van der Dekkenin gəmisində guya  gənc evli cütlük sərnişinlər arasında olub. Kapitanın  qadından xoşu gəlib, ona sahib çıxmaq üçün ərini öldürüb.  Lakin məqsədinə nail ola bilməyib – bədbəxt qadın özünü dənizə atıb. Bu, Ümid burnu yaxınlığında baş verib. Fırtına “Uçan Holland”a  ümid burnundan keçməyə imkan verməyib. Bələdçi kapitana  sahilə çıxmağı, havanın düzəlməsini  gözləməyi təklif edib. Amma kapitan onu vurub və  anasının sümüklərinə and içib ki, gəminin ekipaj üzvlərindən heç biri əsrlər keçsə belə, məqsədlərinə çatmadan sahilə çıxmayacaq.  O vaxtdan bəri ölü  ekipaj tərəfindən idarə olunan “Uçan Holland” okeanlarda üzür, gecələr parlayır və mövhumatçı dənizçiləri qorxudur.

Bu cür rəvayətlər dənizçilərdə qorxu yaradır və onlar səfərə çıxanda yox olan “Uçan Hollandı” axtarırdılar.

The

Artıq 18-ci əsrdə elm adamları “Uçan Holland” ilə çoxsaylı görüşlər haqqında hekayələri  eşidib gülürdülər. Onlar əmin idilər ki, okenda yanıb sönən dəniz ilğımları və adi gəmilərin dirəklərinə bağlanan fənərlərdir. Amma dənizçilər qəzet, jurnal  oxumur və Van der Dekkenin lənətinə inanırdılar.

Kabus gəmisi əfsanəsinin daha tez yayılmasına Avropada yeni vəba epidemiyası da kömək etdi. Aralıq dənizi ölkələrinin və Böyük Britaniyanın hakimiyyət orqanları çirklənmiş ərazilərdən gələn gəmilərə qarşı xüsusi qanunlar qəbul ediblər. 1730-cu ildə ingilis eskadronu vəba xəstələriylə dolu  Hollandiya ticarət gəmisinə atəş açdı. 1773-cü ildə Marseldə məlum oldu ki, sahilə yaxınlaşan Hollandiya gəmisinin kapitanı və 14 dənizçi vəbadan ölüb. Fransızlar 50 il əvvəl bir holland gəmisinin sahilə gətirdiyi vəba səbəbindən Marselin üçdə birinin məhv edlidiyini unutmamışdılar. Sahilə yan alan gəmi limana buraxılmadı və  hollandlara su götürməyə belə icazə verilmədi.  Xəstə adamlar Tunisə üz tutdular, orada da enməyə  icazə verilmədi. Sağ qalan 23 dənizçi  heç bir yerə çıxa bilmədi.  Onlar Cəbəllütariqə tərəf yönəldilər və okeana çıxdılar. Sonda gəmidə olanların hamısı ya aclıqdan, ya da xəstəlikdən öldü. Bu ölü gəminin Azor adaları yaxınlığında göründüyü deyilirdi. Bütün bu hekayələr dənizçilərin “Uçan Holland” gerçəkliyinə və onunla görüşün qaçılmaz ölüm vəd etdiyinə inamını gücləndirdi. 19-cu əsrdə gəmilər o qədər davamlı oldu ki, uzun illər ekipajsız suda qala bildilər. Dəniz yollarının biznesi də artdı. 1850-ci illərdən başlayaraq qəribə gəmilərlə qarşılaşmalar müntəzəm baş verməyə başladı və bütün bu hallar sənədləşdirildi. Jurnalistlər və mütəxəssislər hər bir belə xəbərə ağlabatan izahat verməyə çalışsalar da, bu cəhdlər heç də həmişə geniş ictimaiyyəti inandırmağa kömək etmədi.

Naglfar

4 dekabr 1872-ci ildə Cəbəllütariqdən 600 mil qərbdə Amerika gəmisi “Dei Grazia”nın kapitanı David Morehouse  “Meri Selest”i gördü. Morehouse “Meri Selest”in kapitanı Benjamin Brigantinei tanıyırdı və ona işarə ilə salam verdi. Brigantine cavab vermədi. Ona yaxınlaşıb gəmiyə qalxan “Dei Grazia” dənizçiləri  gəminin boş olduğunu aşkar etdilər. Kapitan, həyat yoldaşı və iki yaşlı qızı, həmçinin yeddi ekipaj üzvü yoxa çıxmışdı. Gəmi tamamilə bütöv idi, yalnız 1701 barel spirtin daşındığı anbarların lyukları açıq idi. Yeganə xilasedici qayıq, sekstant və xronometr yox idi. Ekipaj açıq-aydın tələsik gəmini tərk etdi. Kapitanın stolunun üstündə açıq gəmi jurnalı vardı, stolun siyitməsində pul və zinət əşyaları qalmışdı, tikiş maşınının üzərindəki  tikişlər yarımçıq idi.

Bu xəbər dərhal bütün dünyaya yayıldı. Qəzetlər komandanın yoxa çıxması ilə bağlı ən inanılmaz fərziyyələr irəli sürüblər. Dəniz ilanlarının hücumundan tutmuş, ekipajın dəniz quldurları və ya yadplanetlilər tərəfindən oğurlanmasına qədər ehitimallar irəli sürüldü. Bu nəzəriyyələrin heç biri çoxsaylı suallara cavab verə bilmədi. Az sonra “Meri Selest”dən qaçdığı iddia edilən dənizçilər ABŞ-da gəzməyə,  dilənməyə və hətta mühazirələr oxumağa başladılar. Nədənsə onların çoxu özünü aşpaz kimi qələmə verirdi. Bir dəfə dövlət həbsxanasında onların sayı beş nəfərə çatmışdı.

Ən ağlabatan fərziyyə 1940-cı ildə kapitan Brigantineinin uzaq qohumu  Cobb tərəfindən irəli sürülüb. O, anbardakı spirtin möhürlənməmiş qablardan buxarlanmağa başladığını təklif edib. Yığılmış spirt qazları gəmiyə zərər vermədən partlamağa başlayıb. Görünür kapitan  anbar lyukları açılanda təhlükəli qazın sadəcə buxarlanacağını bilməyib, daha güclü partlayışlardan ehtiyat edərək ekipaja təcili olaraq qayığa minməyi əmr edib.

1902-ci ildə Alman gəmisi “Freya” da Atlantik okeanında ekipajsız  tapılıb. Yarı batmış gəminin sol tərəfindəki  üst dirəklər qırılmış halda olub. Eyni zamanda, Meksikadan gələn “Freya”nın  marşrutu boyu güclü tufan müşahidə edilməyib. Qəzetlər  alman gəmisini “Yeni Meri Celest” adlandırıblar. Gəmini güclü fırtına  zədələmişdi. Gəmidə radio rabitənin olmaması  səbəbindən qəza siqnalı göndərmək mümkün olmamışdı. Buna görə də ekipaj üzvləri batan gəmini tərk etmişdi.  Güclü fırtınaya baxmayaraq “Freya” batmamışdı.

 20-ci əsrdə haqqında əfsanələr dolaşan gəmiləri haqqında məlumat tez-tez yayılmağa başladı. 1921-ci il yanvarın 31-də Şimali Karolina sahillərində sükanı zədələnmiş boş vəziyyətdə  “Kerroll Dirinq” gəmisi tapıldı. Aparılan tədqiqatlar heç bir nəticə vermədi.  Güman edilirdi ki,  gəmi zədələndikdən sonra  qayığa minən ekipajı güclü axın çox uzaqlara, okeanın dərinlikırinə  aparıb. 1947-ci ilin iyununda Malakka boğazındakı gəmilər Hollandiyanın  yük gəmisi “Orang Medan”dan qəribə radioqramma aldı. Orada deyilirdi: “…Bütün ekipaj öldü, mən də ölürəm”. Ətrafdakı gəmilər hadisə yerinə çatanda artıq gec idi. Tapılan gəminin göyərtəsində xeyli sayda  cəsədlər qalmışdı.  Yoxlama zamanı məlum olmuşdu ki, “Orang Medan”da ekipajın ölümünə səbəb, gəminin yük yerindəki kimyəvi maddələrin partlamasıdır.

1970 və 1980-ci illərdə itən gəmilərin siyahıları tərtib olunub.Məlum olub ki, bu gəmilərdə  okeanları keçməyə çalışan yüzlərlə səyahətçi dünyasını dəyişib.

 Son illərdə də  dənizlərdə yüzlərlə insan məhv olur. Dənizlərin udduğu insanların taleyində hər hansı mifoloji varlıq rol oynamır. 21-ci əsrdə dənizlərdə həyatlarını itirənlərin problemi tamam başqadır. 2017-ci ildə Yaponiya Sahil Mühafizəsi onlarla qayıq aşkar edəndə keç kəs sağ deyildi. Yüzlərlə insan cəsədinin müəyyən edildiyi həmin qayıqlar, Şimali Koreyadan Yaponiyaya qaçmaq istəyən bədbəxt insanların son ümid yeri imiş. Oxşar vəziyyət İtaliyada da dəfələrlə müşahidə olunub. İtaliyada içi cəsədlə dolu qayıqlar  Şimali Afrika qaçqınlarına məxsus olub.  Ruh  gəmilərinin 700 illik tarixi isə hələ də davam edir…

VəliHəsənoğlu,

KONKRET.az

Chosen
13
konkret.az

1Sources