EN

Livan vətəndaş müahribəsinin astanasındadır- Siyasi fəal

Bakı, TurkicWorld

Livan vətəndaş müahribəsinin astanasındadır və təssüf ki bu qaçınılmazdır.TurkicWorld xəbər verir ki bunu ArabAZ –a açıqlamasında Beyrutda olan suriya əsilli siyasi fəal Bəsmə Quddur deyib.

O hesab edir ki, hal-hazırda Livan bir dövlət olaraq ən çətin və gərgin dönəmini yaşayır.

“ Livanda təssüflər olsun ki vətəndaş müharibəsi qaçınılmazdır və buna səbəb terrorçu Hizbullah və region xalqlarını öz maraqlırına qurban verən İrandır. Hizbullah İranın oyuncağıdır və o hər zaman Tehranın imperialist maraqları çərçivəsində hərəkət edib”-deyə o qeyd edib.
Quddurun sözlərinə görə, keçən ilin oktyabrında HƏMAS-ın başlatdığı “Əqsa Tufanı” əməliyyatı sonrası, Hizbullah HƏMAS-a dəstəyini açıqladı və maraqlısı odur ki, bundan sonra Livanda olan suriyalılara qarşı siyasi təqiblər başladı.

“ Hizbullahın dəstək açıqlamasında sonra nədənsə ilk olaraq Livanda olan və əsasən sünni olan qaçqınlara qarşı siyasi repressiyalar və təyziqlər başladıldı. Belə ki, suriyalıların demək olar ki, hamısı İsrailllə əməkdaşlıqda ittiham edilərək, MOSSAD agenti adlandırıldı”-deyə o bildirib.

Siyasi fəal hesab edir ki, Livanda olan suriyalılar əleyhinə belə çirkin propaqandanın aparılması Hizbullahın “beyin” məhsuludur.

“Livanda olan suriyalılar və ümumilikdəı suriyalıların böyük çoxunluğu İranın da daxil olduğu “müqavimət oxu” adlandırılan əslində isə “terror oxu” olan şəbəkəyə qarşı çıxırlar. Təbii ki, bu da öz növbəsində Hizbullah və onun tərəfdarlarını narahat etdiyi üçün təzyiqlərə başlanılıb”-deyə o qeyd edib.

Hələ də həl olmayan Suriya münaqişəsi haqqında danışan siyasi fəal qeyd edib ki, əslində “Suriyada inqilab” öz hədəflərinə çatıb.

“Suriya müxalifətinin başlatdığı “Suriya inqilabı” BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnamədə beynəlxalq tanınmasına görə qalib gəldi.Siyasətçilərin indi etdikləri iş kartlarını yenidən tənzimləmək və hakimiyyəti Bəşər Əsəddən almaq üçün Qərb ölkələri və İsraillə ittifaqlar və razılaşmalar qurmaqdır”-deyə o əlavə edib.
Quddurun fikrincə regionda probıem sadəcə Əsədin varlığı və ya İran problemi ilə məhdudlaşmır və ciddi problemlərdən bir də, PKK terror təşkilatının olmasıdır.

“Türkiyə İraqda PKK-ya qarşı hərbi əməliyyatla keçirdiyi kimi, bunu Suriyada da etmək niyyətindədir. Bundan öncə bənzəri əməliyyatlar olub. Lakin bu əməliyyatların PKK ümün daha sarsıdıcı olması üçünAnkara Bəşşar Əsədlə əlaqələrin normallaşmasını istəyir”-deyə o bildirib.

Chosen
18
turkic.world

1Sources