Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"ə məğlub olduqdan (0:1) sonra istefa verən "Səbail"in çalışdırıcısı Şahin Diniyevi əvəz edəcək məşqçi bilinib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi müvəqqəti olaraq ELvin Məmmədova tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Səbail"in U-19 komandasının çalışdırıcısı olan gənc mütəxəssis "dənizçilər"i "Turan Tovuz"la matça çıxaracaq.
Yeri gəlmişkən, Elvin Tovuz futbolunun yetirməsidir.