EN

Ermənistan konstitusiyanı dəyişməsə, nə olacaq? - ŞƏRH

“Bakının konstitusiya tələbi qüvvədə olsa, Ermənistan isə bu dəyişikliyi etməsə, sülh sazişinin imzalanması uzana bilər”.

Bunu Bakupost.az -a politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında açıq şəkildə qeyd edilib ki, Ermənistan Qarabağı özünə biləşdirib və bunlar vahid dövlətdir:

"Bu, açıq-aşkar Azərbaycana qarşı ərazi iddiasıdır. Bu o zaman baş verib ki, Azərbaycan zəif idi, daxildəki qüvvələr bu kimi proseslərin qarşısını almaq iqtidarında deyildi. İndi isə vəziyyət fərqlidir. Azərbaycan müharibədə qalib gəlib. Hazırda prosesləri rəsmi Bakı diktə edir. Əslində indi Ermənistan Konstitusiyasında nəyin yazılıb-yazılmamasının heç bir mənası yoxdur. Ermənilərin iddiaları Azərbaycan üçün heç bir təhlükə yaratmır”.

Sevinc,
BakuPost

Chosen
8
bakupost.az

1Sources