EN

Trampdan ilk açıqlama: “Artıq müharibə olmayacaq”

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp dünyada davam edən müharibələrlə bağlı diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, seçiciləri qarşısında çıxışı zamanı özünü yeni prezident elan edən Tramp Ukrayna da daxil olmaqla bütün müharibələrə son qoyacağını bildirib.

“İşlədiyim müddətdə daha müharibə olmayacaq. Mən müharibəni dayandıracam. İşlədiyim 4 ildə heç bir müharibə olmayıb. Həmçinin, biz İŞİD-i məğlub etdik”, - o deyib.

Bundan əlavə, Tramp ABŞ-ın kursunu 180 dərəcə dəyişdirəcəyini və amerikalıların ölkələrinə nəzarəti bərpa edəcəyi vaxtı geri qaytaracağını açıqlayıb. O, həmçinin vergilərin azaldılması və neft hasilatını artıracağını elan edərək, ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanından daha çox neftə sahib olacağını vəd edib./teleqraf.com

Chosen
13
20
turkustan.az

10Sources