"Benfika"nın türkiyəli yarımmüdafiəçisi Kerem Aktürkoğlu Portuqaliyada növbəti uğura imza atıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu sözügedən ölkədə son iki ayın - sentyabr və oktyabr aylarının ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, 26 yaşlı türkiyəli ulduz "Benfika" forması ilə çıxdığı 8 oyunda 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kərəm Aktürkoğlunun "Benfika" ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizim.Media