EN

Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi - VAKANSİYA

“Rabitəbank” ASC, Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bankın rəqəmsal fəaliyyətlərindən qaynaqlanan potensial riskləri təhlil etmək və qiymətləndirmək;
  • Rəqəmsal risklərin idarə edilməsi üçün strategiyalar və prosedurlar hazırlamaqda iştirak etmək;
  • Bankın məlumatlarının təhlükəsizliyini təmin etmək və məlumat sızıntılarının qarşısını almaq;
  • Bankın rəqəmsal əməliyyatlarının mövcud qanun və tənzimləmələrə uyğun olmasını təmin etmək;
  • Uyğunluq tələblərinə riayət edilməsini izləmək və bununla bağlı hesabatların hazırlanmasına nəzarət;
  • Rəqəmsal əməliyyatların və sistemlərin davamlı monitorinqini aparmaq;
  • Risklərin təhlili ilə bağlı məlumatların toplanıb analiz edilməsinə nəzarət;
  • Rəqəmsal risklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil və müvafiq sahə (elektron bankçılıq, onlayn kreditləşmə, rəqəmsallaşma, avtomalaşma, data analitika, Mob app, İnternet Bankçılıq, kart əməliyyatları və s) və idarəetmə üzrə ən azı 3 il iş təcübəsi;
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
  • Problemləri həll etmə bacarığı;
  • Məlumatların təhlili bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar olmaq, analitik bacarıqlar və üstün araşdırma bacarığı.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
23
50
fins.az

10Sources