Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “müharibələri dayandırmaq” üçün çalışacağına söz verib.
“Cebheinfo.az” xəbər verir ki, o, seçildiyini bəyan edib və “Mən müharibəyə başlamaq fikrində deyiləm. Mən müharibələri dayandıracağam”,-deyib.
“Biz güclü orduya sahib olmaq istəyirik, amma ideal olaraq ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. Bildiyiniz kimi, dörd il ərzində (Tramp hakimiyyətdə olduğu dövrü nəzərdə tutur-red.) biz müharibə aparmamışıq”, – deyib.
İndiki seçki kampaniyası zamanı Tramp dəfələrlə söz verib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Ukrayna münaqişəsini həll edəcək.