EN

Ukrayna üçün döyüşən erməni Rusiyada saxlanıldı

Ukraynanın tərəfində muzdlu kimi döyüşən Ermənistan vətəndaşı Armen Balyan Moskvanın Domodedovo aeroportunda saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

“Balyan Rusiya ərazisinə daxil olmaq istəyərkən Domodedovo hava limanında saxlanılıb. Dindirilmə zamanı Balyan ona qarşı irəli sürülən ittihamları etiraf edib, verdiyi ifadəsində əvvəllər istintaq tərəfindən müəyyən edilmiş muzdlu silahlı münaqişədə iştirak faktlarını təsdiqləyib”, - məlumatda qeyd olunub.

Chosen
16
1
axar.az

2Sources