EN

ABŞ Konqresinə ilk dəfə transgender qadın seçildi

Demokrat Sara MakBrayd ABŞ Konqresinə seçilən ilk transgender qadın olub.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, demokrat Sara Makbrayd Delaver ştatından ABŞ Nümayəndələr Palatasına seçilib.

 

Məlumata görə, 34 yaşlı Sara Makbrayd Konqresə seçilən ilk transgender olub.

 

Makbrayd öz “X” sosial media hesabında seçicilərə təşəkkür edib: “Səsiniz və verdiyiniz dəyərə görə təşəkkür edirəm, Delaver! Mən sizin növbəti Konqres üzvünüz olmaqdan qürur duyuram”.

 

Qeyd edək ki, MakBrayd 2011-ci ildə siyasətə gəlib. O, siyasətə daha əhatəli bir mühit yaratmaq üçün gəldiyini söyləyib. 2012-ci ildə MakBrayd ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın yanında Ağ Evdə təcrübə keçən ilk transgender olub. 2021-ci ildən o, Delaver Ştat Senatının üzvü kimi fəaliyyət göstərir.

 

Seçki günündən əvvəl MakBrayd bildirib ki, o, vacib məsələlərə diqqət yetirməyə çalışacaq. MakBrayt Delaver ştatı üçün ən yaxşı konqresmen olacağını deyib.

 

Firuzə Əliyeva
 

Chosen
11
3
sfera.az

4Sources