EN

Qarabağ ermənilərinə DƏSTƏK kəsilir

“Bu ilin dekabrında Qarabağ ermənilərinə verilən sosial dəstək proqramı başa çatır. Məlumata görə, hökumətdə proqramın dayandırılması ilə bağlı müzakirələr uzun müddətdir ki, davam edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Qəzetin məlumatına əsasən, yalnız müəyyən sosial qruplara, xüsusən də azyaşlılara və təqaüdçülərə yönələn yeni bir proqram hazırlanır.

“Heç kimə sirr deyil ki, Qarabağ ermənilərinin əksəriyyəti kirayə haqqını bu dəstək sayəsində ödəyir, ona görə də onun dayandırılması iğtişaşlara səbəb ola bilər. Apreldən iyul ayına qədər 30+10 min dram proqramı ancaq azyaşlılar və pensiyaçılar üçün qalacaq. Yəni sosial yardımın yavaş-yavaş dayandırılması prosesi gedir”, - deyə qəzet qeyd edib.

Musavat.com

Chosen
17
1
musavat.com

2Sources