İsrail və HƏMAS girovları fələstinli məhbuslarla dəyişmək barədə yenidən razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.
Agentliyin məlumatına görə, mübadilə bu ayın sonunda baş tutacaq.