EN

Süni intellektə əsaslanan “ölüm kalkulyatoru”ndan istifadə ediləcək..?

...Böyük Britaniya xəstəxanaları süni intellektlə işləyən “ölüm kalkulyatorunu” sınaqdan keçirməyə başlayacaq. Cihaz xəstənin nə vaxt öləcəyini 78 faiz dəqiqliklə proqnozlaşdırır. Bunun üçün həkimlər elektrokardioqrammanın (EKQ) nəticələrindən istifadə edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazır.

Maraqlıdır ki,ilk araşdırma üçün Londonun müxtəlif tibb müəssisələrində bir neçə yüz britaniyalı artıq tapılıb. Gələcəkdə eksperimentdə iştirak edənlərin sayı artırılacaq. Texnologiya EKQ nəticələrini təhlil edir və ürək xəstəliyinin əlamətlərini onlar görünməzdən əvvəl müəyyən edir.

...London xəstəxanasının kardioloqu Arunaşis Sau ixtiranı “fövqəlbəşər” adlandıraraq, “...sonra o (cihaz - redaktorun qeydi) xəstənin risk səviyyəsinə nisbətən illər üzrə proqnozlaşdırılan rəqəm verdiyini” deyib.

Nazlı Almuradova

Chosen
16
sia.az

1Sources