EN

Daşkənddə avtobusda elan: “Qadınlar öndə, kişilər arxada”

Daşkənddə avtobusda “Qadınlar öndə, kişilər arxada” elanı görüntülənib.

Avtosfer.az Gazeta.uz-a istinadla xəbər verir ki, Daşkənd şəhərinin nəqliyyat xidməti idarəsi iki gəncin avtobusa plakat yapışdırarkən çəkilmiş kamera görüntülərini dərc edib. Afişanın dizaynı ötən gün Səmərqənddə avtobusda görülən dizaynla eynidir.

Buna görə, sürücüyə intizam tənbehinin tətbiq edildiyi bildirilib.

Paytaxtın avtobus parklarını idarə edən “Toşşəhərtransxizmat” şirkəti elanın yerləşdirilməsində avtobus sürücüsünün iştirak etmədiyini bildirib.

Salondakı müşahidə kameralarına baxarkən avtobusa daxil olan, bildiriş yapışdıran, elanın şəklini çəkən və oradan çıxan iki gənc görünüb. Sərnişinlər baş verənləri seyr ediblər, heç kəs gənclərin hərəkətinə mane olmayıb.

Onlardan birinin əlində əlavə plakatlar da olub. “Toşşəhərtransxizmat” ASC-nin mətbuat xidmətindən bildirilib ki, axşam baxışı zamanı digər avtobuslarda oxşar elana rast gəlinməyib.

Şirkət həmin şəxslərin kimliyinin müəyyən edilməsi və əməllərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.

Avtobus sürücülərinə və bələdçilərə icazəsi olmayan şəxslərin reklam yerləşdirməsinin yolverilməzliyi ilə bağlı plandankənar göstərişlər verilib.

Ehtimal olunur ki, ictimai nəqliyyatda qadın və kişi bölmələri yaratmaq təşəbbüsü dini sektalardan birinin işidir.

(Musavat.com)

Chosen
12
1
avtosfer.az

2Sources