EN

Evini əxlaqsızlıq yuvasına çevirən 65 yaşlı qadın cəzalandırıldı

Şamaxı rayonunda evini əxlaqsızlıq yuvasına çevirən və bir neçə qadını fahişəliyə cəlb edən 65 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü Məfkurə Mustafayeva barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bildirilib ki, M.Mustafayeva 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt Məfkurə Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb.

Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb.

Həmçinin məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddur.

Chosen
7
12
publika.az

10Sources