BiÅŸkek. Trend:
Qırğızıstan COP29-da dağ gündəliyi üzrə yüksək səviyyəli görüşkeçirməyə hazırlaşır.
Trend xəbər verir ki, bunuQırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk DövlətləriTəşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü zamanıçıxışında bildirib.
"Qırğızıstan beynəlxalq arenada dağlıq bölgələrlə bağlıgündəliyi və təşəbbüsləri fəal şəkildə irəlilətməkdədir. Buistiqamətdə beynəlxalq platformalarda birgə fəaliyyət təklifedirik. Bu kontekstdə Qırğızıstanın təşəbbüsü ilə BMT BaşAssambleyasının qəbul etdiyi "Dağların Dayanıqlı İnkişafı"qətnaməsini qeyd etmək istərdim. Qətnaməyə əsasən, 2023–2027-ciillər Dağlıq Bölgələrin İnkişafı üzrə Fəaliyyətlərin Beşilliyi elanedilib. Biz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasınıntərəflərinə Dağlar və İqlim Dəyişikliyi üzrə illik dialoq təklifedirik. Bununla əlaqədar olaraq, qardaş türk ölkələrini Bakışəhərində keçiriləcək COP29 Konfransında bu dialoquninstitusionallaşdırılması təşəbbüsünü dəstəkləməyə çağırırıq", - obildirib.
Onun sözlərinə görə, Konfrans çərçivəsində Qırğızıstan "Dağgündəminin təşviqi və dağlar və iqlim dəyişikliyi məsələlərininBMT-nin İqlim Dəyişikliyi çərçivə konvensiyasına daxil edilməsi"mövzusunda yüksək səviyyəli görüş keçirəcək.
"Ölkələrimizin iqlim gündəliyi üzrə mövqelərinin uyğunluğununəzərə alaraq, bu yüksək səviyyəli görüşdə iştirak etməyinizi xahişedirik. Bundan əlavə, qardaş ölkələrin, Qırğızıstan tərəfindənirəli sürülən "Türk Yaşıl Baxışı: Dayanıqlı Gələcək üçün Birlik"konseptual sənədinin həyata keçirilməsində dəstəklərinə ümidedirik", - S.Japarov vurğulayıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.