EN

Azərbaycanda PUA istehsal edəcək NPT DEFENCE SYSTEMS birgə şirkəti yaradılıb

Türkiyənin TİTRA və Azərbaycanın “NB Holdinq” şirkətləri müdafiə sənayesi sahəsində əməkdaşlığın edilməsi, xüsusilə pilotsuz uçuş aparatlarının birgə istehsalının həyata keçirilməsi məqsədilə Azərbaycanda ortaq şirkət yaradıb.

Bu barədə “Poliqon” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verib.

Bildirilib ki, yeni yaradılan NPT DEFENCE SYSTEMS birgə şirkətinin kapitalı 50000 manatdır və onun hissələrinin 50%-i TİTRA-ya, digər 50%-i isə “NB Holdinq”ə məxsusdur.

“Məlum olduğu kimi, Türkiyənin ilk pilotsuz helikopteri ALPİN-i inkişaf etdirən, DELİ süzən sursatı və PARS kəşfiyyat PUA-sı kimi məhsulları ilə tanınan TİTRA, müdafiə sənayesi və hərbi logistika sahəsinə əhəmiyyətli töhfələr verməyi hədəfləyir. Bu məqsədlə ölkəmizin müdafiə sənayesinin ehtiyaclarına uyğun olaraq məhsullarımızı istifadəyə hazır vəziyyətə gətirmək prioritet məsələdir.

Həmçinin bu və buna bənzər məhsulları beynəlxalq bazarda dost və müttəfiq ölkələrin müdafiə sənayelərinə təqdim edə bilmək və qlobal miqyasda müdafiə sənayesi məhsullarından bazar payı əldə edə bilmək üçün beynəlxalq əməkdaşlıq imkanları qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.

Chosen
25
poliqon.az

1Sources