EN

Polad Aslanov karserə salınıb

Xeberman.com saytının rəhbəri Polad Aslanov 15 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra karserə salınıb, bu barədə onun həyat yoldaşı Gülmira Aslanova bildirib.

"Noyabrın 5-də axşam Penitensiar Xidmətdən mənə bildirdilər ki, Polad karserə salınıb. Onlar bunu Poladın aclıq etməsi və təcrid edilməli olması ilə izah ediblər, sanitariya hissəsində yer olmadığına görə isə onun karserə salındığını bildiriblər. Əslində onu sadəcə olaraq cəzalandırıblar", deyə Aslanova bildirib.

Noyabrın 6-da səhər o, ərinin vəziyyətini öyrənmək üçün cəzaçəkmə müəssisəsinə gəlib. Lakin onun əri ilə görüşünə və ya telefon söhbətinə icazə verilməyib.

P.Aslanov noyabrın 4-də siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan edib. Bundan sonra o, 1 saylı cəzaçəkmə müəssisəsindən 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Burada saxlanma şəraiti daha da pisdir.

* Xeberman.com saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə casusluq ittihamı ilə - CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları rədd edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Chosen
17
turan.az

1Sources