EN

ABŞ siyasətində bir İLK: “Elektron səsvermədə saxtakarlıq ola bilər, ancaq…”

“Bu seçkilər bir daha ABŞ cəmiyyətinin nə dərəcədə qütbləşdiyini göstərdi. Açıq şəkildə görünür ki, bir tərəfdən şəhərlərdə olan liberal mühitdə böyüyən insanlar Demokratik Partiyadan Kamala Harrisə səs verirlər. Bu insanlar üçün milli və cinsi azlıqların hüquqları çox vacibdir. Xüsusən immiqrantlar məsələsində daha mülayim siyasətin tərəfdarıdırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq bildirib ki, ABŞ-ın əksər böyük ərazilərində Donald Tramp tərəfdarları çoxdur:

“Xüsusilə kiçik şəhərlərdə Trampın əsas səs kütləsi ağ dərili orta yaşlı daha çox kişi cinsindən fəhlə sinfidir. Trampın əsas dəstəkçiləri olan bu qüvvə son illər işsizlik baxımından ciddi zərbələr alır. Bu ağ dərili qrup özünü ölkənin əsl sahibi sayır. Ona görə miqrant və digər etnik irqi cinsi azlıqlara qarşı əks fikirdədirlər. Bu qrupu isə Tramp dəstəkləyir.

İndiyənə qədər hələ də görülməyib ki, sui-qəsdə məruz qalan hansısa namizəd prezident seçilməsin. Ona görə də Tramp yenə də seçkini qazanacaq. Nə qədər də Trampın seçilməsinə qarşı cəhdlər görülsə də o seçiləcək. Lakin elektron səsvermədə saxtakarlıq ola bilər. Bundan əvvəlki seçkilərdə də Tramp ənənəvi səsvermədə qalib gəlmiş, sadəcə elektron səsvermə ilə son anda qələbəni ondan oğurlayıb Baydenə vermişdilər. Hesab edirəm ki, bu dəfə Tramp bu cür saxtakarlığa icazə verməyəcək, sona qədər dirənib qələbəni əldə edəcək. Ancaq bu hər bir halda ABŞ cəmiyyətindəki bölünməni aradan qaldırmayacaq. Biz açıq-aşkar görürük ki, ABŞ cəmiyyəti həddindən artıq bölünüb. Bu parçalanma aradan qalxmayacaq. ABŞ siyasətində ilk dəfə ki namizədlər və partiyalar bu qədər təhqir və şantajlarla dolu kampaniya həyata keçirirlər. ABŞ-ın dünya idarəetməsində də baxışının dəyişdiyini görünür. Hesab edirəm ki, yeni Tramp erası bizi gözləyir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
15
editor.az

1Sources