EN

Kataliz və Qeyri üzvi Kimya İnstitutunda Zəfər Gününə həsr edilən tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında Zəfər Günü qeyd olunub. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə çıxış edən elmi müəssisənin baş direktoru akademik Dilqəm Tağıyev Prezident-xalq-ordu birliyi sayəsində Vətən müharibəsinin möhtəşəm Qələbə ilə nəticələndiyini vurğulayıb. Akademik işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, xalqımızın qürur mənbəyi olduğunu qeyd edib.

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməndən 30 illik işğal dövrünün hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, dəmir yumruq kimi birləşməsi, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqləri dəf edərək bütün məsələlərin öhdəsindən uğurla gəldi. Azərbaycan həm döyüş, həm də diplomatiya meydanında qalib gəldi”, - deyə institutun rəhbəri vurğulayıb.

Akademik qeyd edib ki, xalqımız igid övladlarının qəhrəmanlığını heç vaxt unutmayacaq və onların xatirəsi Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcək.

Chosen
47
tehsil.biz

1Sources