EN

Şimali Koreya əsgərləri Rusiyada pornoqrafiyaya meyllidirlər

Ukraynada hərbi əməliyyatlara Rusiya tərəfində qatılan Şimali Koreya əsgərləri ilk dəfə olaraq məhdudiyyətsiz internetə çıxış əldə ediblər. Bildirilir ki, onlar pornoqrafik materiallara baxmaq üçün bundan fəal istifadə edirlər. Bu barədə “New York Post” (NYP) “Financial Times”ın müxbiri Gideon Rəhmanın X (Twitter) sosial şəbəkəsində yazdığı mesaja istinadən məlumat yayıb.

“Ümumiyyətlə, etibarlı mənbə mənə deyir ki, Rusiyada yerləşən Şimali Koreya əsgərlərinin əvvəllər heç vaxt internetə məhdudiyyətsiz çıxışı olmayıb. Nəticə etibarı ilə bunu qəbul etdikdən sonra onlar pornoqrafiyadan istifadə etməyə başladılar”, - deyə Rəhman yazıb.

Mesaj internetdə canlı müzakirələrə səbəb olub. Şərhlərdə istifadəçilər yazır ki, bu insanların bir az azadlıq əldə etdikdən sonra ölkələrinə qayıtmaq istəyəcəklərini təsəvvür etmək çətindir.

"Mən Şimali Koreya əsgəriyəm və siyasi sığınacaq istəyirəm... və “wifi”... və tək 20 dəqiqə" deyə müxbirlərdən biri gülür.

"Bu, qorunmayan bir qəbilə üzərində çiçək xəstəliyini buraxmağa bənzəyir. Fikir versəniz, çox qeyri-etikdir. Onların müasir dünyaya girişlərini asanlaşdırmaq üçün onlara ayda 64 kb verməlisiniz", - başqa biri əlavə edir.

NYP-yə danışan ABŞ Müdafiə Nazirliyinin sözçüsü Çarlz Dits Şimali Koreyanın Rusiya hərbi əməliyyatlarında iştirakının daha ciddi aspektlərinə diqqət çəkərək bu məlumatı təsdiq edə bilməyib.

"Bu, nə qədər əyləncəli səslənsə də, mən Şimali Koreyalıların Rusiyada internet vərdişləri və ya virtual "dərsdənkənar fəaliyyətləri" var" olduğunu təsdiq edə bilmərəm, Dits vurğulayıb.

Almaz Həsənli

Chosen
37
1
oxumeni.az

2Sources