Bakı. Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze AzərbaycanRespublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
“Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuşqələbə münasibətilə göndərdiyiniz təbrikə və xoş arzulara görə Sizədərin minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edərək, Gürcüstanla Azərbaycan arasındamöhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazırolduğumuzu bir daha təsdiqləmək istəyirəm.
Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh vəsabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgəsəylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha damöhkəmlənəcək”.