EN

AZAL COP29 ərəfəsində bu istiqamətə 13 əlavə reys açır

Hazırda Bakı-Naxçıvan istiqamətində yüksək tələbat müşahidə olunur.

Bu barədə Azərbaycan Hava Yollarından 5-10 noyabr tarixlərində Naxçıvana bilet tapılmamasının səbəbləri ilə bağlı Axar.az-ın sorğusuna cavabında bildirilib.

“Qeyd edilən tarixlərdə daimi reyslərin cədvələ uyğun həyata keçirilməsi, eyni zamanda əlavə uçuşların təyin edilməsi nəzərdə tutulub. Tələbatı qarşılamaq məqsədilə Azərbaycan Hava Yolları aviaşirkəti 5-10 noyabr tarixlərində sözügedən istiqamətdə 13 əlavə reys yerinə yetirməyi planlaşdırıb. Zərurət yaranarsa, sərnişinlərin Bakıdan Naxçıvana çatdırılması üçün əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, aviaşirkət Bakı-Naxçıvan istiqamətində gün ərzində 10-a yaxın reys həyata keçirir”.

Xatırladaq ki, noyabrın 8-dən 13-dək Azərbaycanda qeyri-iş günləridir. Noyabrın 11-i isə COP29 sammitinin açılışı olacaq. Tədbir noyabrın 22-dək davam edəcək.

Chosen
42
4
axar.az

5Sources