EN

Yollarda payız-qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimi davam etdirilir - VİDEO

2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində gücləndirilmiş iş rejimi davam etdirilir.   Manset.az xəbər verir ki, paytaxt ərazisində agentliyin balansında olan tunel və keçidlərdə suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalarda mütəmadi olaraq monitorinqlər aparılır, nəzarətçilər tərəfindən nasoslar fasiləsiz olaraq nəzarətdə saxlanılır. Hava şəraitinə uyğun olaraq tunel və keçidlərdə suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir. Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Mobil briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib. Yol kənarlarında səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları da zərurət yarandıqca təmizlənir. Bundan başqa, qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün də hazırlıq işləri aparılır. 

Chosen
38
3
manset.az

3Sources