EN

"Netanyahu onları da vəzifələrindən AZAD EDƏCƏK"

Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib.

News24.az bildirir ki, bu qərarın əks-sədası İsraildə davam edir. Minlərlə qəzəbli vətəndaş küçələrə axışıb və Netanyahunun növbəti addımı ilə bağlı yeni iddialar ortaya atılıb.

İsrail mətbuatı Gallantın bundan sonra Baş Qərargah rəisi Herzi Halevi və Daxili Kəşfiyyat İdarəsinin rəisi Şin-Bet Ronen Barı vəzifəsindən azad edəcəyini iddia edib.

Xəbər İsrail mətbuatında sürətlə yayıldıqdan sonra Baş nazirlik Mətbuat İdarəsi yazılı açıqlama verib. Netanyahunun Halevi və Barı vəzifədən uzaqlaşdırmağa hazırlaşdığına dair xəbərlər təkzib edilib.

Bəyanatda bu xəbərlərin cəmiyyətdə “ayrı-seçkilik yaratmaq üçün edildiyi” iddia edilib.


Günel Məlikzadə

Chosen
64
news24.az

1Sources