EN

Trampın İran planı açıqlandı

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri İran vətəndaşlarının həyatına təsir etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Donald Trampın seçkilərdəki qələbəsini şərh edən İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.

“Əslində, ABŞ seçkiləri bizim işimiz deyil. Siyasətimiz sabitdir və fərdlərə əsaslanaraq dəyişmir. Biz əvvəllər lazımi açıqlamalar vermişik, insanların həyatlarında dəyişiklik olmayacaq”, - İran rəsmisi qeyd edib.

Ərəb və Qərb rəsmiləri “Röyter”ə bildiriblər ki, Tramp İranın neft sənayesinə qarşı sanksiyaları gücləndirməklə maksimum təzyiq siyasətini bərpa edə və İsrailə nüvə obyektlərinə zərbələr endirmək və sui-qəsdlər həyata keçirmək səlahiyyəti verə bilər.

Tramp ilk müddətində İranla imzalanmış nüvə sazişini ləğv edərək, Tehrana qarşı sərt sanksiyaları bərpa etmişdi. 2018-ci ildə ABŞ sanksiyalarının bərpası İranın neft ixracına zərbə vurmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
20
1
teleqraf.com

2Sources