EN

Şimali Koreya müharibəyə buna görə qoşuldu – Rusiyadan mükəmməl plan

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanı Qərblə üz-üzə gətirdi. Hazırda Ukrayna və Şimali Koreya hərbçiləri arasında şiddətli döyüşlərin getdiyi haqda dünya mediasında xəbərlər var. Ukrayna Prezidenti Volodimir Zelenski proseslə bağlı Qərbə çağırış edib.

Pxenyan niyə buna getdi? Ona Ukrayna üzərindən Qərblə toqquşmaq lazım idi? Bu, Rusiya-Ukrayna müharibəsinə nə kimi təsir edəcək? Avropa İttifaqı ölkələri, ABŞ, Britaniya bunu bəhanə edib, Ukraynaya hərbçilər, o cümlədən Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya lazım olan silahları verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib Şimali Koreya Rusiya və Çin istisna olmaqla onsuz da təcrid edilmiş ölkədir:

“Orada insan hüquqları məsələsi demək olar ki, kağız üzərindədir. İndiki vəziyyətdə Şimali Koreya liderinə Rusiya kimi böyük nüvə dövləti ilə müttəfiqlik vacibdir. Bu müharibədə iştirakla Şimali Koreya lideri Rusiya ilə yaxınlığı rəsmiləşdirdi. Belə yaxınlıq Çinlə də mövcuddur. Şimali Koreyada istehsal olunan ən müasir silahların əsas səbəbkarlarıdan biri Çindir. Çin Rusiyadan fərqli olaraq daha ehtiyatlı davranır. İndiki vəziyyətdə Rusiyaya yardım etməklə, gələcəkdə Şimali Koreyaya qarşı hər hansı bir iqtisadi, siyasi hətta hərbi basqılarda Kremllə yaxınlaşacaq. Nəticədə həmin təhlükələri birlikdə sovuşdurmağı planlayır”.

Natiq Miri

Politoloqun sözlərinə görə, Rusiya ABŞ seçkiləri fonunda öz mövqelərini gücləndirəcək vəziyyət yaratmağa çalışır:

“Rusiya bir tərəfdən Donbasda irəliləyir, digər tərəfdən Kursk Ukraynanın işğalı altındadır. Ukrayna ilə Şimali Koreya əsgərləri arasında gedən mübarizə də məhz bu istiqamətdə gedir. Kursk azad olunduqdan sonra Rusiya düşünür ki, Ukraynanın Moskva ilə bazarlıq predmenti qalmır”.

Natiq Miri qeyd edir ki, Rusiya-Ukrayna müharibəsində NATO qüvvələri iştirak edir:

“Şimali Koreya müharibəyə müdaxilə etməklə digər tərəflərin də müharibəyə müdaxiləsinin önünü açdı. Qərbin buna nə cavab verəcəyi maraqlıdır. Rusiya Koreya əsgərlərinin müharibəyə müdaxiləsini elə bir zamana uyğunlaşdırdı ki, ABŞ-dakı prezident seçkiləri ilə üst-üstə düşdü. Bunlar planlanmış addımlardır”.

Chosen
36
turkustan.az

1Sources