EN

Dünyanın ilk taxta peyki kosmosa çıxdı

Kioto Universiteti və "Sumitomo Forestry" şirkəti tərəfindən hazırlanan dünyanın ilk taxta “LignoSat” peyki Ay və Marsda ağacdan istifadə potensialını araşdırmaq üçün “SpaceX” ilə birlikdə kosmosa buraxılıb. 

"Cebheinfo.az" xəbər verir ki, taxta peyk təxminən 400 kilometr yüksəklikdə orbitdə altı ay müddətində dözümlülük testindən keçəcək.

Çürümə və yanma riski olmadığı üçün kosmosda ağacın metaldan daha üstün olduğunu ifadə edən layihə rəhbəri və astronavt Takao Doi gələcəkdə Ay və Marsda taxta konstruksiyalar qurmağı xəyal edir. 

Taxta peykin metal peyklərdən fərqli olaraq istifadə müddəti bitdikdə yenidən atmosferə girərkən ətraf mühitə daha az ziyan vurduğunu söyləyən Doi, metal peyklərin gələcəkdə qadağan oluna biləcəyini proqnozlaşdırır.

“LignoSat” Yaponiyada ənənəvi qılınc qınında istifadə edilən maqnoliya ağacından honoki ilə, vintlər və yapışqan istifadə etmədən, ənənəvi yapon sənətkarlıq texnikalarından istifadə etməklə istehsal edilmişdir. Layihə çərçivəsində ağacın kosmos radiasiyasına və temperatur dəyişikliklərinə davamlılığı sınaqdan keçiriləcək.

Chosen
22
cebheinfo.az

1Sources