EN

Tramp düşmənlərindən qisas alacaq - Siyahısı var

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gəldikdən sonra keçmiş rəqibləri ilə hesablaşmaq imkanı əldə edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Politico” nəşri bildirib.

Nəşrin yazdığına görə, siyasətçinin yenidən seçildikdən sonra qisas almağı planlaşdırdığı şəxslərin adları olan uzun siyahısı var. Qeyd edilir ki seçkidə qalib gəldikdən sonra Tramp bu planları həyata keçirmək üçün “xalq mandatına və səlahiyyətə” sahib olacaq.

"Politico" qeyd edir ki, siyahıya hazırkı Amerika lideri Co Bayden, vitse-prezident və onun seçkidəki rəqibi Kamala Harris, keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton daxildir.

Zaur, BakuPost
Chosen
31
5
bakupost.az

10Sources