EN

Bu ölkədə könüllü hərbi xidmətlə bağlı qanun QƏBUL EDİLƏCƏK

Almaniya hökuməti çərşənbə günü orduya 18 yaşdan yuxarı vətəndaşların “Bundesver”də xidmət etməyə hazırlığını qiymətləndirməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi məlumat yayıb.

Təklifə əsasən, 18 yaşı tamam olan bütün kişilərdən gələn il təxminən 300.000-dən orduya qoşulmağa maraqları barədə rəqəmsal sorğu doldurmaq tələb olunacaq. Gənc qadınlar da sorğuya cəlb olunacaq, lakin cavab vermələri tələb olunmayacaq.

Nəşr yazır ki, sonra “Bundesver” cavabları sıralayacaq, seçim edəcək və omnları təlim düşərgəsinə dəvət edəcək. Bu halda isə könüllülük prinsipi tətbiq olunacaq.

Qeyd edək ki, Ukraynadakı müharibə Almaniyada 2011-ci ildə ləğv edilmiş hərbi xidmətə çağırışın bərpa edilib-edilməməsi ilə bağlı müzakirələrə səbəb olub. Hazırda Almaniyada 180 min əsgər olsa da, hökumət 2031-ci ilə qədər bu rəqəmi 203 minə çatdırmaq istəyir.

Almaniyada həmçinin 60.000 ehtiyatda olan əsgər var və məqsəd nəticədə daha 200.000 ehtiyat əsgərə sahib olmaqdır ki, bu da Almaniyaya müharibə vəziyyətində öz qoşunlarını tez bir zamanda təxminən 460.000-ə qədər genişləndirməyə imkan verir.

İyun ayında Almaniyanın müdafiə naziri Boris Pistorius yeni könüllü hərbi xidmət təklifi təqdim edib. Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi gənclər üçün hərbi xidmətə çağırışı bərpa etməkdən imtina etmişdi.

Nəsimi Ələsgərli

Chosen
44
yenicag.az

1Sources