İsveç milli komandası UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan millisinə qarşı oyuna zədələr səbəbindən itkilərlə çıxacaq.Metbuat.az xəbər verir ki, İsveçin heyətində müdafiəçi Lüdviq Auqustinsson dizindən aldığı zədə, qapıçı Robin Olsen isə kəllə-beyin travması səbəbindən matçı buraxacaq. Auqustinsson Belçikanın “Anderlext” klubunda, Olsen isə “Malmö”də çıxış edir.Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.