EN

Polkovnik-leytenant əmlakını satıb - 700 mini ÖDƏDİ

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəmə araşdırması başa çatır.

Redaktor.az qafqazinfo.az-a istinadla xəbər verir ki, bu gün hökm oxunması planlaşdırılan proses təqsirləndirilən şəxsin xahişi ilə təxirə salınıb.

Bundan əvvəlki iclasda Məlikzadənin üzərinə həbs qoyulmuş əmlakının ziyanın ödənilməsinə sərf edilməsi şərti ilə satışına icazə verilmişdi.

Bu gün onun vəkili Vüqar Kazımov həmin əmlakın 700 min manata satıldığını, 698 min manatının dövlət hesabına ödənildiyini deyib. Bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxs səhhəti ilə bağlı son söz deyə bilmədiyi üçün hökm iclası noyabrın 25-nə kimi təxirə alınıb. 

Qeyd edək ki, Rəşad Məlikzadə “Salyanski Kazarma” kimi tanınan Təlim və Tədris Mərkəzinin maliyyə işlərinə rəhbərlik edib. Onun cinayətinin üstü isə Dövlət Təhlükəsizliyi Xidmətinin orduda 143 milyonluq yeyinti faktı aşkarladıqdan sonra açılıb. İstintaqla müəyyən edilib ki, Məlikzadə ümumilikdə 9 milyon 369 min manat pul mənimsəyib. 

Ona əvvəl ziyanı ödəmək fürsəti verilsə də, bundan lazımınca istifadə etməyib. Bu səbəbdən istintaqın ortalarında həbs edilib.

Chosen
20
16
redaktor.az

10Sources