EN

Bir dəfə kliniki ölüm keçirən Zəhranın dəstəyə ehtiyacı var: Müalicələri yarım qalıb

Səkkiz yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Yeganə Xəlilova məlumat verib.

O bildirib ki, övladı serebral-iflic xəstəliyindən əziyyət çəkir:

"Zəhranın səkkiz yaşı var. O, doğulan zaman hər şey normal olsa da, 10-15 gün sonra onun səhhətində həkim məsuliyyətsizliyindən ciddi problem yarandı. Zəhranın xəstəliyini bildiyimiz gündən onun müalicəsini vaxtlı-vaxtında etmişik, reabilitasiyaları etdirmişik. Bir neçə ay əvvəl onun vəziyyəti ağırlaşdı, hərarəti qalxdı. Zəhra həmin dövrdə uzun müddət xəstəxanada qaldı, müalicə olundu. O dövrdə kliniki ölüm keçirdi, amma çox şükür ki, onu geri qaytara bildik".

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Bu günə qədər Zəhranın müalicəsi üçün əlimizdən gələn hər şeyi etmişik. Ötən ay onun üçün lazım olan "Atsos" aparatını sizin saytın izləyicilərinin dəstəyi ilə ala bildik. İndi isə Zəhranın müayinə və müalicəyə ehtiyacı var. Bunun üçün isə bizim 1 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm"

Ailə ilə əlaqə: (055) 602-27-63.

Kapital Bank: 4169 7388 8428 0474.

Chosen
17
2
seher.media

3Sources