EN

TDT ölkələri Macarıstanın enerji təhlükəsizliyini gücləndirir - Viktor Orban

Bakı. Trend:

2023-cü ildə Macarıstanın Türk Dövlətləri Təşkilatı (TDT)ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb.

Trend-in məlumatına görə,bunu baş nazir Viktor Orban Bişkekdə TDT Dövlət Başçıları Şurasının11-ci iclasında çıxışı zamanı deyib.

Baş nazir Orban, həmçinin, Macarıstanın Türk İnvestisiya Fonduna100 milyon dollar ayırmaq öhdəliyini yerinə yetirməyə başladığınıqeyd edib:

“Ümid edirik ki, türk dövlətlərindən getdikcə daha çox şirkətMacarıstana sərmayə qoyacaq və biz də sizin iqtisadi yüksəlişinizdədaha çox iştirak edəcəyik”.

Baş nazir əlavə edib ki, bu il TDT-yə üzv ölkələr Macarıstanınenerji təhlükəsizliyinin təmin edilməsinə əvvəlkindən daha çoxtöhfə veriblər.

“Macarıstan Türkiyədən təbii qaz tədarük edən ilk qonşu olmayanölkə oldu və Azərbaycandan təbii qazın ilk partiyası da ölkəyəçatdırıldı", - Orban deyib.

Baş nazir xatırladıb ki, Macarıstan TDT ölkələrinin liderlərinigələn ilin birinci yarısında Budapeştdə keçiriləcək növbətiqeyri-rəsmi sammitdə gözləyir.

Chosen
33
4
az.trend.az

5Sources