EN

Tramp və ABŞ ehtiyatları neft bazarında qiymətləri “öldürür”

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 2,15 milyon barel artaraq 427,66 milyon barelə çatıb.

Musavat.com ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, həftə ərzində benzin ehtiyatları 412 min barel artaraq 211,28 milyon barel, kommersiya distillat ehtiyatları 2,95 milyon barel artaraq 115,81 milyon barelə çatıb.

Mütəxəssislər neft ehtiyatlarının 90 min barel, benzin ehtiyatlarının 520 min barel, distillat ehtiyatlarının isə 497 min barel azalacağını gözləyirdilər.
ABŞ prezident seçkilərində Donald Trampın qalib gəlməsi ilə dolların möhkəmlənməsi fonunda bu ölkədə ehtiyatların artması dünya neft bazarına qiymətsalıcı təsir göstərməyə başlayıb. Son 2 saatda Brent nefti 1 dollar ucuzlaşaraq 75.67 dollar civarında ticarət olunmağa başlayıb.

Musavat.com

Chosen
45
4
musavat.com

5Sources