“Politico” seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın təhdid etdiyi müxtəlif siyasətçilərin, jurnalistlərin və sahibkarların böyük siyahısını toplayıb.
Nəşr hesab edir ki, Tramp indi rəqiblərindən qisas almağa başlaya bilər.
“Donald Tramp siyahısı”na onun seçkilərdəki rəqibi – vitse-prezident Kamala Harris, hazırkı prezident Co Bayden və ABŞ-ın 44-cü prezidenti Barak Obama daxildir. Bu illər ərzində Tramp 2016-cı il seçkilərində ona uduzan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Meta Platformaların həmtəsisçisi və rəhbəri Mark Zukerberq, keçmiş FTB direktoru James Comley, Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli, Co Baydenin ailəsinin bütün üzvləri, onun keçmiş vəkili Maykl Kohen, həmçinin “Politico”nun müxbirləri, redaktorları və naşirləri də hədələyib, təhdid edib. Tramp müxtəlif müsahibələrində, çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında bu insanların həbsinə və ya deportasiya edilməsinə çağırıb. Sosial mediada Mark Milley haqqında yazdığı yazıda respublikaçı “edam olunmağa layiq olduğunu” söyləyib. O, Millini Çinlə əlaqələrdə ittiham edib. “Politico” jurnalistləri Donald Trampın bir neçə materialında mənbələri açıqlamaqdan imtina etdiyinə görə narazı saldıqları üçün özlərini də bu siyahıya daxil ediblər.
//Samir Qurbanov, Editor.az