EN

"Sabah" "Bazel"ə uduzdu, mübarizəni dayandırdı

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

Bakupost.az xəbər verir ki, Bakıda İsveçrə təmsilçisi "Bazel" komandası ilə üz-üzə gələn Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanmışdı.
Chosen
26
9
bakupost.az

10Sources