Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 4-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutub.
Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşüb. Üç qolluq oyun Madrid təmsilçisinin əzmkar səfər qələbəsi ilə yekunlaşıb.
İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olub. Milan təmsilçisinə qələbə üçün bir qol bəs edib.
Almaniya nəhəngi “Bayern” də Portuqaliyanın “Benfika” kollektivini minimal hesabla üstələyib.
İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə gəlib. Məhsuldar keçən görüşdə Kataloniya klubu darmadağına sevinib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna noyabrın 26-da start veriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
6 noyabr
“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0
Qol: Vanaken, 52-pen.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1
Qollar: Zubkov, 31. Sudakov, 41 – İmeri, 27.
“Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0
Qol: Musiala, 67.
PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya) 1:2
Qollar: Zair-Emeri, 14 – Molina, 18. Korrea, 90+3.
“İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: H.Çalhanoğlu, 45+3-pen.
“Feyenoord” (Niderland) – “Zalsburq” (Avstriya) 1:3
Qollar: H.Mussa, 81 – Konate, 45+2; 58. Quindo, 86.
“Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya) 2:5
Qollar: Silas, 27. Milson, 84 – İ.Martines, 13. Levandovski, 43; 53. Rafinya, 55. F.Lopes, 76.
“Sparta” (Praqa, Çexiya) – “Brest” (Fransa) 1:2
Qollar: Olatunyi, 90+2 – E.Fernandes, 37. Kayrinen, 80-öz qapısına.
“Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2
Qollar: Lukman, 51. Zaniolo, 88.