EN

“Arsenal” uduzdu, “Barselona”dan darmadağın – Çempionlar Liqasında gecənin nəticələri

UEFA Çempionlar Liqasında Liqa mərhələsində 4-cü tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün maraqlı oyunlarından biri İtaliyada – “İnter” və “Arsenal” klubları arasında olub. Görüşün taleyini bir qol həll edib. Türkiyəli futbolçu Hakan Çalhanoğlunun qolu komandasına qələbə gətirib.

PSJ evdə “Atletiko”ya uduzubsa. “Barselona” isə “Srvena Zvezda” səfər matçında darmadağına sevinib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

6 noyabr

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0
Qol
: Vanaken, 52-pen.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1
Qollar
: Zubkov, 31. Sudakov, 41 – İmeri, 27.

“Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0
Qol
: Musiala, 67.

PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya) 1:2
Qollar
: Zair-Emeri, 14 – Molina, 18. Korrea, 90+3.

“İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0
Qol
: H.Çalhanoğlu, 45+3-pen.

“Feyenoord” (Niderland) – “Zalsburq” (Avstriya) 1:3
Qollar
: H.Mussa, 81 – Konate, 45+2; 58. Quindo, 86.

“Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya) 2:5
Qollar
: Silas, 27. Milson, 84 – İ.Martines, 13. Levandovski, 43; 53. Rafinya, 55. F.Lopes, 76.

“Sparta” (Praqa, Çexiya) – “Brest” (Fransa) 1:2
Qollar
: Olatunyi, 90+2 – E.Fernandes, 37. Kayrinen, 80-öz qapısına.

“Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2
Qollar
: Lukman, 51. Zaniolo, 88.

Chosen
2
2
idmanxeber.az

4Sources