EN

“Trampın qələbəsi ilə Ukraynanın müharibədə qalib gəlmək şansı yaranır...” - Ekspert

"Rusiya-Ukrayna aspektində nüvə müharibəsi ilə bağlı bəyanatlar indi öz aktuallığını itirib..."
 
Respublikaçı Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi ilə Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gəlmək şansı qazanıb. 
 
Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, bu fikri hərbi ekspert, Yeni Geosiyasət Araşdırmalar Şəbəkəsinin ("New Geopolitics Research Network") direktoru Mixail Samus deyib.
 
“Trampın gəlməsi ilə müəyyən ehtimal var ki, indi sonsuz hesab edilən resursları olan bu [Rusiya] imperiya ilə bağlı nəyəsə nail olmaq olar. Baxmayaraq ki, biz bilirik ki, orada həm silah, həm də hərbi texnika baxımından hər şey o qədər də yaxşı deyil və  artıq onun sursatının yarısını Şimali Koreya istehsal edir. Ona görə də Rusiyanın resurslar baxımından zəifləməsi şansı var. Və bu, bizim üçün hətta vəziyyəti dəyişmək üçün imkanlar açır - təkcə bu müharibəni dayandırmaq üçün deyil, əslində qalib gəlməyə cəhd etmək şansı da yaradlr,”-deyə ekspert "Radio NV"-dəki çıxışında diqqətə çatdırıb.
 
Bununla yanaşı, Samus bir sıra detalların vacibliyini qeyd edib - Trampın prezident kimi necə davranacağından tutmuş, Rusiya diktatoru Vladimir Putinə və Çinə qarşı sona qədər getməkdən çəkinib-çəkinməyəcəyinə qədər…
 
Bundan əlavə, ekspert hesab edir ki, Rusiya-Ukrayna aspektində nüvə müharibəsi barədə bəyanatlar aktuallığını itirib.
 
“Putin başa düşür ki, Tramp həqiqətən də raket atmağa qadirdir, çünki bunlar demokratlar deyil, onlar bəzən vəziyyətə bir qədər qeyri-adekvat reaksiya verirlər”, -deyə Samus vurğulayıb.
 
S.Laçın
 
Chosen
70
50
moderator.az

10Sources