EN

Müasir inşaatın lideri -PAŞA Development

PAŞA Development MMC, inşaat sektorunda lider mövqeyini möhkəmləndirərək, müasir layihələr və qabaqcıl inşaat texnologiyalarının tətbiqi ilə diqqət çəkir. Şirkət, yüksək keyfiyyət standartlarına sadiqliyi və müştəri məmnuniyyətinə verdiyi önəm ilə bazarda özünü etibarlı bir tərəfdaş kimi təsdiqləyir.

Fins.az xəbər verir ki, PAŞA Development MMC, müxtəlif ölkələrdə yerləşən törəmə müəssisələri və birgə nəzarət edilən qurumları vasitəsilə daşınmaz əmlakın alınması, inkişafı və idarə edilməsində fəal iştirak edir. Türkiyə, Gürcüstan və Monteneqro kimi ölkələrdəki törəmə şirkətlərə qoyulan investisiyalar şirkətin beynəlxalq bazarda genişlənməsinə zəmin yaradır.

Yeni qurulan PD Estates Foreign Enterprise MMC şirkəti ilə PAŞA Development MMC, 2024-cü ildə Özbəkistan Respublikasında biznes fəaliyyətinə başlaması planlaşdırılır. Bu addım, şirkətin regionda mövcud mövqeyini gücləndirərək, yeni imkanlar yaratmaq məqsədi daşıyır.

PAŞA Holding MMC-nin törəmə müəssisəsi olan Azerbaijan Global Investment MMC isə, Azərbaycanın daxili və xarici investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi üzərində fokuslanır. Xüsusilə qeyri-neft sektorunda dayanıqlı və səmərəli investisiya portfeli yaratmaq şirkətin əsas prioritetlərindəndir.

PAŞA Development MMC, müasir inşaatın lideri olaraq, davamlı inkişaf və innovasiya ilə gələcəyə yönəlmiş strategiyasını uğurla həyata keçirir.

Fuad Mədətov
Fins.az

Chosen
11
fins.az

1Sources