EN

"Trampı Bakıya dəvət edək və ona bu sualı verək"

Rusiya Federasiyası Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Donald Trampı Bakıda keçiriləcək İqlim Sammitinə (COP-29) dəvət etməyi təklif edib

 

Modern.az xəbər verir ki, Edelgeriyev bu barədə "Valday" klubu çərçivəsində jurnalistlərə bildirib.

 

O, burada Trampla iqlim gündəmini və təbiətin mühafizəsi məsələlərini müzakirə etməyi məsləhət görüb:

 

"Bizim ilk beynəlxalq tədbirimiz tezliklə Bakıda olacaq. Hər kəs ora gələ bilər, istər prezident, istərsə də adi vətəndaş olsun. Məsləhət gördük ki, COP29-la bağlı Azərbaycan dəvət göndərsin. Cənab Tramp inauqurasiyaya kimi Bakıya gəlsin və onunla danışaq. İqlim, ekoloji layihə ilə bağlı çoxlu suallar var".

 

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Trampa ABŞ-ı yenidən Paris sazişindən çıxarıb-çıxarmayacağı sualı veriləcək.

Chosen
51
6
modern.az

6Sources