EN

Sədr müavinini qətlə yetirən şəxslə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində vəzifəli şəxsi qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib.


 
Qeyd: Hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. 2003-cü il təvəllüdlü Murad Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib. Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


 
Xatırlatma: Qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış. Eyni zamanda, o, şəhid Vüsal Allahverdiyevin əmisidir. 

 

Xəyal Quliyev

Tarix: 7 Noyabr 2024, 09:00   
Chosen
34
pravda.az

1Sources