EN

Qlobal çip satışları rekord səviyyəyə çatdı

Qlobal çip satışları bu ilin üçüncü rübündə illik müqayisədə 23,2 faiz artaraq sentyabr ayında rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Birliyi məlumat yayıb.

Hesabat dövründə qlobal yarımkeçirici satışları 23,2% artaraq 166 milyard dollara çatıb. Qlobal satışlar sentyabr ayında 55,3 milyard dollarlıq aylıq satış həcminə çatıb. Avqustda 53,1 milyard dollar olan satışlar sentyabrda 4,1 faiz artıb.

Sentyabrda yarımkeçiricilərin satışı ABŞ-də illik bazda 46,3 faiz, Çində 22,9 faiz və Yaponiyada 7,7 faiz artarkən, Avropada 8,2 faiz azalıb.

 

Gözəl Həşimova

Chosen
40
iqtisadiyyat.az

1Sources