EN

Dünya üçün daha bir təhlükə – Çıxış yolu Bakıda müzakirə ediləcək

2024-cü il tarixin “ən isti ili” kimi tarixə düşüb.

KONKRET.az xəbər verir ki, bu Avropa İttifaqının “Kopernik” peyk izləmə sisteminin araşdırmasından sonra məlum olub.

Belə ki, 2024-cü ilin 10 ayı üçün orta qlobal temperatur 1991-2020-ci illərin müvafiq göstəricisindən 0,71 dərəcə yüksək olduğu qeyd edilib.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samantha Burgess hazırkı vəziyyəti yeni mərhələ adlandırıb.

O Bakıda keçiriləcək COP29 tədbirini işarə edərək vurğulayıb ki, qeydə alınan nəticə tərəfdaşların işini sürətləndirməlidir.

Xatırladaq ki, Azərbaycan 11-22 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına ev sagibliyi edəcək.

Məlik,
KONKRET.az

Chosen
15
konkret.az

1Sources