FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.