EN

Nazir: Putinin hökmranlıq etdiyi dünya Respublikaçıları üçün də təhlükəli olacaq...

Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq ABŞ Respublikaçılar Partiyasının Kreml lideri Vladimir Putinin neoimperialist ambisiyaları ilə hökmranlıq etdiyi dünyada maraqlı olmadığına inandığını bildirib....

Poliqon xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Avstriyanın ARA xəbər agentliyinə müsahibəsində bildirib.

"İnanıram ki, Putinin neoimperialist ambisiyaları ilə hökmranlıq etdiyi dünya Amerika respublikaçıları üçün də təhlükəli dünya olacaq", deyə Şallenberq Donald Trampın siyasətinin Rusiyanın təcavüzünü dəf edən Ukrayna üçün əlverişsiz nəticələr verə biləcəyi qorxusunu şərh edib.

"Biz sülh istəyirik, lakin bu, Ukraynanın maraqları nəzərə alınmadan əldə olunacaq sülh ola bilməz. Ukraynasız Ukrayna ilə bağlı heç bir danışıqlar yoxdur", deyə avstriyalı nazir əlavə edib.

Ümumiyyətlə, Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Donald Trampın prezidentliyi dövründə ABŞ-ın siyasətində davamlılıq gözləyir.

Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, respublikaçı Donald Tramp qələbə üçün zəruri olan 270-dən çox seçici səsini toplayıb.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources