Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Donald Tramp olub. Dünya mediası çıxan xəbərlərdə qələbənin gözlənilməz olduğu və bu dönüşün “ABŞ-ın ənənəvi müttəfiqlərini narahat etdiyi” şərh edilib.
Turkustan.az xəbər verir ki, dünyanın diqqəti noyabrın 5-də baş tutan 2024-cü il ABŞ prezident seçkilərinə yönəlib və ABŞ-da seçicilər Donald Trampın ikinci müddətinə “hə” dedilər. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə məğlubiyyətindən sonra Ağ Evə qayıtmağa hazırlaşır.
ABŞ-ın 47-ci prezidenti Donald Trampın qələbəsi dünya mediasında geniş işıqlandırılıb.
Seçki öncəsi illərin ənənəsini pozan Washington Post qəzeti bu seçkidə heç bir namizədi dəstəkləməyəcəyini açıqlayıb və “Tramp və müttəfiqləri hakimiyyətə gəlməyə hazırlaşır” başlığını işlədib.
“Financial Times” “Tramp qayıtdı” başlığını işlətdiyi halda, İngiltərənin “The Guardian” qəzeti “Fear of America” ifadəsinə yer verib.
Almaniyanın “Welt” qəzeti “Layihə 2025 – Dünya üçün yeni dövr başlayır” başlıqlı xəbər dərc edərək, “Seçki kampaniyası zamanı Donald Tramp əsas diqqəti iqtisadiyyat və immiqrasiyaya yönəltdi. Onların böyük açıqlamalarının arxasında artıq konkret tədbirlər ortaya çıxır. Onun siyasəti təkcə ABŞ-dakı siyasi nizamı kəskin şəkildə dəyişməyəcək”.
"Spiegel" jurnalı "Amerikalılar Trampı yenidən prezident seçdi" başlığı ilə xəbər verib və "Donald Tramp ABŞ seçkilərində lazımi səs çoxluğu qazanıb və Ağ Evdə ikinci müddətə seçilməsini təmin edir. Kamala Harris indiyə qədər səssiz qalıb, Respublikaçılar isə alqışlayır."
Britaniyanın BBC telekanalı Donald Trampın Floridada partiyasını dəstəkləyən coşğulu izdiham qarşısında çıxışında ABŞ seçkilərində qalib gəldiyini bəyan etdiyini bildirib.
Fransanın “Le Monde” qəzeti Trampın rəsmi nəticələri gözləmədən qələbəsini elan etdiyini yazıb. Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsinin ölkədəki “sağ dönüşün miqyası” baxımından “gözlənilməz vəziyyət” olduğu və bu dönüşün “ABŞ-ın ənənəvi müttəfiqlərini narahat etdiyi” şərh edilib.
Xəbərdə “Trampın qələbəsi”nin demokratik qanadda dağıntılara səbəb olduğuna diqqət çəkilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az